Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I tura yekun vurulub.
Sumqayit24.az xəbər verir ki, sonuncu matç "Gənclər" və “Xilasedici” komandaları arasında keçirilib. Qarşılaşma “Xilasedici”lərin 3:0 (25:12, 25:23, 25:11) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, oyun Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunub.