Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura yekun vurulub.
Sumqayit24.az xəbər verir ki, ikinci oyun günündə "Gənclər" "Xilasedici" klubu ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında gerçəkləşən matç sonuncuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki iki görüşündə “Murov Az Terminal” MOİK-i, "Azərreyl" "Neftçi"ni 3:0 hesabı ilə üstələyib.