Sumqayıtlı cüdoçular yeniyetmələr arasında Azərbaycan birinciliyinində ümumi komanda hesabına görə ilk üçlükdə qərarlaşıblar. Bu haqda Respublika Cüdo Federasiyası məlumat yayıb.
Məlumata əsasən, Sumqayıt şəhəri 1 nömrəli Təhsil Respublika İdman Mərkəzi 3-cü yer tutub. Neftçi klubu 2-ci yer, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi isə (Bakı şəhəri) 1-ci yerə layiq görülüblər.
Birincilikdə 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb.