Vasif Durarbəyli Azərbaycan çempionatının yarımfinalında məğlub olub. Bu haqda bu gün, 17 fevral tarixində AZƏRTAC məlumat yayıb.
Vasif Durarbəyli bu görüşdə Məhəmməd Muradlı ilə üz-üzə gəlib. İki klassik oyun heç-heçə başa çatdığından növbəti oyun keçirilib. Bu görüşdə isə şahmatçımız uduzub. Durarbəyli 3-cü yer uğrunda mübarizə aparacaq.
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı Naxçıvan Şahmat Mərkəzində keçirilir.