Güləş üzrə gənclər (U-20) arasında keçirilən Azərbaycan çempionatında sumqayıtlı idmançılar uğurla iştirak edib. Bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Sumqayıt-Təhsilin təmsilçisi Vasif Quliyev Ramazan Abramovla üz-üzə gəlib. Bu qarşılaşmada sumqayıtlı güləşçi 0:10 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Məhəmmədəli Əliyevin Namus Orucovla qarşılaşması 2:7 hesabı ilə başa çatıb. Əliyev gümüş medal qazanıb.