Azərbaycan çempionatında sumqayıtlı şahmatçı ilk üçlükdə qərarlaşıb. Bu haqda bu gün, 18 fevral tarixində Report.az məlumat yayıb.
Üçüncü yer uğrunda keçirilən oyunda Vasif Durarbəyli Aydın Süleymanlı ilə üz-üzə gəlib. Şahmatçımız bu görüşün qalibi olaraq, çempionatın bürünc mükafatçısı olub. Məğlub olan Süleymanlı isə 4-cü yeri tutub.
Məhəmməd Muradlı çempionatı qızıl, Misrətdin İsgəndərov isə gümüş medalla başa vurub. Naxçıvan şəhərində keçirilən turnirin mükafat fondu 22 min manat təşkil edib.