Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt” klubu "Qəbələ"ni qəbul edib.
Sumqayıtda keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qol 26-cı dəqiqədə penaltidən vurulub. Qolun müəllifi isə İsnik Alimidir. 2-ci hissə komandamızın üstünlüyü şəraitində keçsə də, cavab topunu vurmaq mümkün olmayıb.
Qeyd edək ki, komandalar arasında 2-ci oyun 13 fevral tarixində Qəbələdə baş tutacaq.