Boks üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib. Sumqayıt24 bu barədə Abf.az-a istinadən xəbər verir.
Belə ki, 38 komandanın 146 idmançısının iştirak etdiyi yarışın yarımfinal görüşləri baş tutub. Sumqayıtı təmsil edən Kənan Abışov 63,5 kq çəki dərəcəsində “Səbail” İK-nın boksçusu Cəlal Qurbanova məğlub olub.
Nəticədə Abışov bürünc medala layiq görülüb.