Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb.
Sumqayit24.az xəbər verir ki, “Sumqayıt” klubu mübarizəyə 1/8 finaldan start verəcək. Komanda "Neftçi" ilə qarşılaşacaq. Bir görüşün nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti raunda yüksələcək.
Turnir yanvarın 28-də başlayacaq.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokuna "Neftçi" sahib çıxıb.