Sumqayıtlı idmançılar yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyində iştirak ediblər. Bu haqda bu gün, 15 aprel tarixidə Azərbaycan Stolüstü Tennis Federasiyasına (ASTF) istinadən xəbər veririk.
Məlumata əsasən, 2004-2006-cı il təvəllüdlü qızların və oğlanların qatıldığı yarışda “Sumqayıt” qızlar komdandası 3-cü yerə, oğlanlardan ibarət komandamız isə 2-ci yerə layiq görülüblər.
2007-ci il və daha azyaşlı idmançıların mübarizəsində qızlar arasında “Sumqayıt–1” komandası 1-ci, “Sumqayıt-2” 2-ci, “Sumqayıt–3” isə fəxri kürsünün 3-cü pilləsində yer alıblar. Oğlanların turnirində “Sumqayıt -1” komandası 2-ci yerlə kifayətlənib.
Aprelin 16-dək davam edəcək birinciliyin növbəti günlərində şəxsi, qoşa və qarışıq-qoşa yarışlarda qaliblər müəyyənləşəcək.