Sumqayıtı təmsil edən basketbol komandası "Federasiya Kuboku 2022" adlı respublika turnirinə məğlubiyyətlə başlayıb. Sumqayıt24 bu haqda Basketbol Federasiyasına istinadən xəbər verir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında 17 yaşa qədər oğlanlar və qızlar arasında keçirilən birinciliyin B qrupunda “Sumqayıt” və “Torpaq” komandaları üz-üzə gəlib. Nəticədə təmsilçimiz 15:20 hesabı ilə məğlub olub.