Boks üzrə Azərbaycan çempionatında daha bir sumqayıtlı idmançı rinqə çıxıb. Bu haqda Sumqayıt24 Boks Federasiyasının rəsmi saytına istinadən xəbər veririk.
Yarışın 1/8 final mərhələsində, 80 kq çəki dərəcəsində Sumqayıtı təmsil edən Cabbar İsmayılov “Sərhədçi” İK-nın boksçusu ilə qarşılaşıb. Boks mərkəzində keçirilən döyüşdə, idmançımız 5-0 hesabı ilə məğlub olaraq 1/4 finala yüksələ bilməyib.
Xatırladaq ki, çempionatın birinci günündə, 3 boksçumuzdan biri inamlı qələbə qazanıb.