Bakı şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Sumqayıt24 bu barədə 3 mart tarixində Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər verir.
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışa 11 ölkədən 100-dən artıq idmançı qatılıb. Sumqayıt boks məktəbinin yetirmələri Sübhan Babayev (50 kq) qızıl, Eldar Abdullazadə (52 kq) və Rüstəm Neymətov (66 kq) isə bürünc medallarla millimizin mükafat fondunu zənginləşdiriblər.
İdmançıların məşqçiləri Elbrus Rzayev, Eldar Əbilov və Rüfət Aslanovdur.