Sumqayıtlı boksçu Avropa birinciliyinin yarımfinalında çıxış edəcək. Bu haqda bu gün, 19 aprel tarixində Boks Federasiyasına istinadən xəbər veririk.
Çempionumuz 1/4 final mərhələsini inamlı qələbə ilə başa vurub. Kənan Babayev bu görüşdə Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşaraq rəqibini 5:0 hesabı ilə məğlub edib.
20 aprel tarixində 48 kq çəki dərəcəsində çıxış edən Kənanın rəqibi irlandiyalı Tedi Coys olacaq.
Gənc boksçular arasında Avropa birinciliyi Bolqarıstanın paytaxtı Sofiyada keçirilir.