Ölkəmizi Avropa birinciliyində təmsil edən Kənan Babayev bütün rəqibləri üzərində qələbə qazanıb. Bu haqda bu gün, 21 aprel tarixində Boks Federasiyasına istinadən xəbər veririk.
48 kq çəki dərəcəsində çıxış edən boksçumuz finalda polşalı Nikolas Marsel Pavliklə üz-üzə gəlib. Fəxrimiz rəqibini 5:0 hesabı ilə məğlub edib.
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində 40 ölkədən 400-dən çox idmançı iştirak edib.