"Sumqayıt" futbol klubu heyətinə yeni hücumçu qatmağa yaxındır.
Məlumata görə, bu, 23 yaşlı Kvinsi Huvadır. Son iş yeri Niderland "Sparta"sının gənclərdən ibarət komandası olan ön xətt oyunçusu hazırda "kimyaçılar"ın düşərgəsindədir. Kvinsi tibbi müayinədən uğurla keçəcəyi halda, onunla müqavilə imzalanacaq.
Sözügedən oyunçu 2022-ci ildən Karib Niderlandındakı Boneyrin millisinə dəvət alıb. Yığma forması ilə 8 matça çıxan Huva 2 qol vurub.
Mənbə: Fanat.az