Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov mübarizə apardığı superturnirdə Rusiya təmsilçisi ilə qarşılaşacaq. Bu haqda “Tata Steel Chess” turnirinin rəsmi saytına istinadən xəbər veririk.
11-ci turda Sumqayıtlı şahmatçı turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmış Sergey Karyakinlə üz-üzə gələcək. Oyuna bu gün, 28 yanvar tarixində, Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Qeyd edək ki, 10 turdan sonra Məmmədyarov 4-cü pillədədir.