Sumqayıtda “Atletika hamı üçün” adlı tədbir baş tutub. Sumqayıt24 bu barədə 25 iyul tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat verir.
Bulvar ərazisində yerləşən açıq tipli sadə idman qurğusunda təşkil olunan əyləncəli idman tədbirində 50-dən artıq idmançı və şəhər sakinləri iştirak ediblər. İştirakçılar atletikanın müxtəlif növləri üzrə öz güclərini sınayıblar.
Daha öncə sözügedən tədbirin keçiriləcəyi haqda məlumat vermişdik.