Sumqayıtda “Sağlam həyat günü” adlı tədbir keçirilib. Bu barədə şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
İdman tədbiri bulvar ərazisində yerləşən açıq tipli idman qurğusunda təşkil olunub. Tədbirdə bütün yaş kateqoriyalarından olan 50-dən artıq sakin, xüsusən də uşaq və gənclər iştirak edib.
Sonda müxtəlif idman növləri və proqramları üzrə normativləri yerinə yetirən iştirakçılar Gənclər və İdman Baş İdarəsininin Fəxri fərmanları ilə təltif ediliblər.