Şahmatçımız “Champions Chess Tour” çərçivəsində “Road to Miami” turnirinin 6-cı sırasında qərarlaşıb. Bu haqda bu gün, 13 iyul tarixində Sumqayıt24 xəbər verir.
Qrosmeysterimiz 12 oyunun 3-nü qələbə, 3-nü məğlubiyyət, 6-nı isə bərabərliklə yekunlaşdırıb. Hazırda Şəhriyar Məmmədyarovun hesabında 18 xal var.
Növbəti oyunlarda təmsilçimiz amerikalı Cefri Şonq, norveçli Aryan Tari və amerikalı Samuel Sevyan ilə qarşılaşacaq.
Turnirdə iştirak edən digər həmyerlimiz Teymur Rəcəbov 5-ci turdan sonra səhhətinə görə turniri tərk edib.