Şəhriyar Məmmədyarov "Chessable Masters" turnirində 4 görüşü başa çatıb. Bu haqda bu gün, 20 may tarixində turnirin saytına istinadən xəbər veririk.
Məlumata əsasən, qrosmeysterimiz Erik Hansen (Kanada), Karlsen və Yorden van Forestlə (Niderland) qarşılaşmalarını heç-heçə, Abhimanyu Mişra (ABŞ) ilə isə məğlubiyyətlə başa vurub.
Şəhriyar Məmmədyarov əvvəlki nəticələrə görə hazırda 6-cı pillədə qərarlaşıb.