Sumqayıtda cüdo üzrə açıq birinciliyi keçirilib. Sumqayıt24 bu haqda Facebook sosial şəbəkəsinə istinadən xəbər verir.
Burada, yeniyetmələr bir-biri ilə müxtəlif çəki dərəcələrində mübarizə aparıb. Belə ki, 46 kq çəki dərəcəsində Zahir Baxışov, 55 kq çəki dərəcəsində Namiq Ağayev, 66 kq çəki dərəcəsində isə İbrahim Balayev 1-ci yerə layiq görülüblər. Gənc cüdoçularımız bütün rəqiblərini məğlub edərək qızıl medal əldə ediblər.