Sumqayıt Dünya məktəbində cüdo seminarı təşkil olunub. Bu barədə 7 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Təhsil müəssisəsinin idman müəllimi, müxtəlif beynəlxalq yarışların iştirakçısı və qalibi olmuş Elnur Aslanov tərəfindən keçirilən seminarda dəfələrlə Avropa çempionu adına layiq görülmüş Murad Əliyev də iştirak edib.
Tədbir zamanı şagirdlərə cüdonun incəliklərindən bəhs edilib.