Sumqayıtlı cüdoçular Azərbaycan birinciliyinin medallarını qazanıb. Sumqayıt24 bu haqda bu gün, 26 fevral tarixində Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
21 yaşadək idmançılar arasında keçirilən yarışmanın ikinci günündə Ömər Rəcəbli (81 kq) 1-ci, Xanımana Əhmədova (63 kq) 2-ci, Ruslan Səfixanov (90 kq) isə öz çəki dərəcəsində 3-cü yerə layiq görülüblər.
Qeyd edək ki, yarış sabah yekunlaşacaq.