Sumqayıtlı idmançı cüdo üzrə Qran-Pri turnirində iştirak edəcək. Bu haqda bu gün, 12 iyul tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Yarışda milli komandanın heyətində olan cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) və digər 14 idmançı mübarizə aparacaqlar.
Turnir Xorvatiyanın Zaqreb şəhərində baş tutucaq. İyulun 15-dən 17-dək davam edəcək yarışda 71 ölkədən 570-dən çox idmançının iştirakı gözlənilir.