İdmançımız Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcək. Bu haqda bu gün, 21 iyun tarixində Cüdo Federasiyasına istinadən xəbər veririk.
66 kq çəki dərəcəsində çıxış edən Eltac Yusifli yığmanın heyətində mübarizə aparacaq. Komandamız Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalında 12 idmançı ilə təmsil olunacaq.
Yarış Slovakiyanın Banska-Bistritsa şəhərində baş tutacaq. Olimpiadanın rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək.