Cüdoçumuz Qran Pri turnirinin 1/16 final mərhələsində məğlub olub. Bu haqda bu gün, 15 iyul tarixində Report-a istinadən xəbər veririk.
52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva braziliyalı rəqibi Maria Tabaya uduzub.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yarış iyulun 17-dək davam edəcək.