Rafael Ağayev Dünya çempionatında iştirak edəcək. Bu barədə bu gün, 3 noyabr tarixində Oxu.az məlumat yayıb.
Məlumata əsasən, sumqayıtlı karateçinin məşq zamanı sınmış ayağı artıq sağaldı və o, 15-21 noyabr tarixlərində Dubay şəhərində keçiriləcək çempionata qatılacaq. Bu yarışmada karate millimiz 17 idmançı ilə təmsil olunacaq.
Keçən ay, Ağayevin ayağı fərdi şəkildə keçirilən məşq zamanı burxularaq sınmışdır.