Sumqayıt idmançısı Dünya Çempionatında uğur qazanıb. Sumqayıt24 bu barədə 9 noyabr tarixində Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunan Paracüdo üzrə Dünya Çempionatında millimizin tərkibində çıxış edən idmançımız Xanım Hüseynova (70 kq) yapon rəqibi K.Oqavanı məğlub edərək yarışın bürünc medalına sahib olub.
Bununla yığmamızın çempionatda qazandığı medalların sayı 3-ə çatıb.