Daha bir sumqayıtlı idmançı paracüdo idman növü üzrə Avropa çempionatında bürünc medal qazanıb. Bu barədə 3 sentyabr tarixində Milli Paralimpiya Komitəsinə istinadən xəbər veririk.
Millimizin üzvü, Uşaq Paralimpiya hərəkatının yetirməsi olan İsmayıl Muradov (60 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən yarışda bürünc medala sahib olub.
Daha öncə digər təmsilçimizin çempionatda 3-cü yerə layiq görülməsi haqda məlumat vermişdik.