Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində daha bir sumqayıtlı mübarizə aparacaq.
Sumqayit24.az xəbər verir ki, məşqçi İlham Məmmədovun tələbəsi Ruslan Paşayev -66 kq çəki dərəcəsində güləşəcək.
Qeyd edək ki, 1-2 fevral tarixlərində baş tutacaq yarışda Zaur Rəcəblinin yetirməsi Ömər Rəcəbli də (-81 kq) iştirak edəcək.