İlham Zəkiyev paracüdo üzrə dünya ikincisi olub. Sumqayıt24 bu haqda 10 noyabr tarixində Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Belə ki, +90 kq J1 çəki dərəcəsində mübarizə aparan sumqayıtlı idmançı finalda braziliyalı rəqibi A. Villiyam ilə qarşılaşıb və turnirin gümüş medalını qazanıb.
Bununla millimizin qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).