Rafael Ağayev “Karate Combat”-da rəqibindən revanş almağa hazırlaşır. Sumqayıt24 bu haqda 16 iyun tarixində turnirin səhifəsinə istinadən xəbər verir.
5 qat dünya və 11 qat qitə çempionu olan sumqayıtlı idmançı Fransa karateçisi Deyvi Dona ilə qarşılaşacaq. Döyüş 25 iyun tarixində ABŞ-ın Orlando şəhərində baş tutacaq və ilk dəfə canlı yayımlanacaq.
Qeyd edək ki, adıçəkilən karateçi bir neçə il əvvəl təmsilçimizə qaydalara zid zərbə endirmişdi. Hakimin qərarı ilə qələbə Rafael Ağayevə verilmişdi.