Sumqayıt şəhərində Uşaq Paralimpiya Oyunları keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, yarış Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sumqayıt Paralimpiya İdman Kompleksində dekabrın 7-də baş tutacaq.
Oyunlarda 130-dan çox uşaq 6 idman növü üzrə (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parastolüstü tennis, boccia) müxtəlif kateqoriyalarda mübarizə aparacaq.