Sumqayıtı təmsil edən basketbol komandası Respublika turnirində növbəti oyununu uğurla başa vurub. Bu haqda bu gün, 5 may tarixində Basketbol Federasiyasına istinadən xəbər veririk.
Məlumata əsasən, 17 yaşa qədər oğlanlar arasında keçirilən yarışda idmançılarımız “Lənkaran” komandasını 46-5 hasabı ilə məğlub ediblər.
Basketbol Federasiyasının təşkilatçılığı ilə baş tutan "Federasiya Kuboku 2022" adlı Respublika turniri Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçirilir.