Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin III mərhələsində ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşıb. Sumqayıt24 bu haqda bu gün, 25 mart tarixində turnirin rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, ağ fiqurlarla oynayan Məmmədyarov 31-ci gedişdə qarşılaşmanı heç-heçə ilə bitirib. Hal-hazırda şahmatçımızın 1,5 xalı var.
Almaniyada keçirilən FIDE Qran-prisinin III mərhələsi 4 aprel tarixində başa çatacaq.