Şəhriyar Məmmədyarovun FIDE Qran-prisinin D qrupundakı 2-ci görüşü heç-heçə ilə başa çatıb. Sumqayıt24 bu haqda bu gün, 3 mart tarixində turnirin saytına istinadən xəbər verir.
Bu qarşılaşmada şahmatçımız fransalı rəqibi Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Şəhriyar qara fiqurlarla oynayaraq 32-ci gedişdə oyunu sonlandırıb.
Turnirin 1-ci oyunu da heç-heçə ilə yekunlanmışdır.