top
Futbol azarkeşlərinin nəzərinə: yeni qaydalar var
31 iyul 2025, 04:25
- ↺ +

Futbol azarkeşlərinin nəzərinə: yeni qaydalar var

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən qəbul edilmiş son dəyişikliklərə əsasən, bir sıra qaydalara yeni əlavələr və düzəlişlər edilib.

Sumqayit24.az xəbər verir ki, bu dəyişikliklər həm oyunçuların davranışlarına, həm də hakimin qərar mexanizminə birbaşa təsir edəcək.

Məsələn, qapıçıların topa nəzarət müddəti ilə bağlı yeni limit tətbiq olunacaq. Belə ki, artıq qolkiperlər topu cərimə meydançasında əlləri ilə maksimum 8 saniyə saxlaya biləcəklər. Bu zamanın içərisinə topun havada saxlanması, yerə qoyulması və ya birəlli nəzarəti də daxildir. Qapıçının ayaqüstə və ya yerdə uzanılı vəziyyətdə olmasının fərqi yoxdur - nəzarət anından etibarən sayım başlayacaq. Qayda ilk dəfə pozularsa, qarşı tərəfə künc zərbəsi veriləcək. İkinci dəfə eyni hal təkrarlanarsa, xəbərdarlıq ediləcək, üçüncü pozuntuda isə sarı vərəqə göstəriləcək. Zərbə, qapıçının hansı künc bayrağına yaxın olmasından asılı olaraq həmin tərəfdən yerinə yetiriləcək.

Penaltilərlə bağlı da diqqətçəkən yenilik var. Əgər zərbə vuran oyunçu qeyri-ixtiyari olaraq topa ardıcıl iki dəfə toxunarsa - məsələn, ayağı sürüşüb və topa nəzarətsiz ikinci toxunuş olarsa - bu zaman qol hesab olunmayacaq. Lakin əvvəlki kimi cərimə zərbəsi ilə yox, penalti təkrar olunmaqla oyun davam edəcək. Bu dəyişiklik təsadüfi səhvlərə daha ədalətli yanaşmanı təmin etməyə yönəlib.

Hakim qərarlarına etiraz qaydalarında isə tamamilə yeni yanaşma tətbiq ediləcək. Belə ki, artıq meydanda yalnız komanda kapitanı hakimlə fikir mübadiləsi apara biləcək. Xüsusən də VAR-dan istifadə olunduğu epizodlarda digər oyunçular hakimi mühasirəyə alaraq etiraz etsələr, dərhal intizam cəzası ilə qarşılaşacaqlar. Əgər kapitan qapıçıdırsa və meydanın o başında dayanırsa, bu zaman başqa bir oyunçu əvvəlcədən hakimə bildirilərək kapitan kimi çıxış edəcək.
Oyun dayandırıldıqda topun kimə verilməsi qaydası da dəyişib. Əvvəllər bu vəziyyət topa son toxunan komandaya əsasən müəyyən edilirdisə, yeni qaydaya görə hakim topun nəzarətdə olduğu komandanı müəyyənləşdirə bilirsə, onu həmin tərəfə yönəldəcək. Bu dəyişiklik, ədalətsiz görünən epizodların qarşısını almağa kömək edəcək.

Eyni şəkildə, texniki zonada baş verən təsadüfi topa toxunuşlar da fərqli qiymətləndiriləcək. Əgər ehtiyat oyunçu, əvəzlənmiş futbolçu və ya məşqçi meydanı tərk edən topa bilərəkdən yox, təsadüfən toxunarsa, artıq sarı vərəqə verilməyəcək və oyun dolayı cərimə zərbəsi ilə yox, sadəcə sərbəst şəkildə davam etdiriləcək.

Son olaraq, ofsayd qərarlarında da incəliklər artırılıb. Əgər qapıçı topu oyuna əli ilə qaytarırsa, bu zaman oyundankənar vəziyyəti müəyyənləşdirmək üçün topun qapıçının əlindən çıxdığı an - yəni son fiziki təmas nöqtəsi əsas götürüləcək. Bu dəyişiklik ofsaydların daha dəqiq və ədalətli müəyyən olunmasına xidmət edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər