21 yaşadək futbolçulardan ibarət milli komandamızın oyunu Sumqayıtda keçiriləcək. Bu haqda AFFA-nın rəsmi saytına istinadən xəbər veririk.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Estoniya matçı "Kapital Bank Arena” stadionunda baş tutacaq. Qarşılaşma 25 mart tarixində keçiriləcək. Start fitinin səslənəcəyi saat hələlik bəlli deyil.