“Sumqayıt”ın iki futbolçusu Avropa çempionatının seçmə mərhələsində iştirak edəcəklər. Sumqayıt24 bu barədə Affa.az-a istinadən xəbər verir.
Turnirdə mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb. Baş məşqçi Miloş Velebit 20 oyunçuya dəvət göndərib. Onların arasında Xəyal Fərzullayev və Ayxan Süleymanlı da yer alıblar.
Qeyd edək ki, yığmamız sentyabrın 21-də Bolqarıstan, 24-də Türkiyə, 27-də Lüksemburq seçməsi ilə üz-üzə gələcək. Matçlar Bolqarıstanın Albena şəhərində baş tutacaq.