“Hədəf 10%” proqramı çərçivəsində idman yarışları təşkil olunub. Bu barədə 14 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Futbol və voleybol üzrə təşkil olunan birincilikdə gənclər iştirak ediblər. Sumqayıt Dövlət Universiteti (SDU), AzTU nəzdində Bakı Texniki Kolleci (BTK) tələbə gənclər təşkilatlarının keçirdiyi layihənin məqsədi gənclərdə sağlam həyat tərzinin formalaşması, onların idmanla məşğul olmağa cəlb edilməsi və asudə vaxtlarını səmərəli dəyərləndirmələridir.