Sumqayıtlı Yunan-Roma güləşçisi Murad Məmmədov Avropa çempionatının 1/4 final mərhələsinə adlayıb. Sumqayıt24 bu haqda bu gün, 2 aprel tarixində Güləş Federasiyasının səhifəsinə istinadən xəbər verir.
60 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədov 1/8 final mərhələsində ispaniyalı Daniel Bobillo ilə qarşılaşıb. Nəticədə təmsilçimiz 8:0 hesabı ilə qalib gəlib.
Digər təmsilçimiz, İslam Abbasov isə bürünc medal uğrunda görüşdə bolqar Yohan Danielov Dimitrov ilə güləşəcək.