Sumqayıt idmançısı Azərbaycan çempionatının bürünc mükafatçısı olub. Bu haqda 3 may tarixində Sumqayıt24 Güləş Federasiyasına istinadən xəbər verir.
Güləş üzrə U-15 çempionatı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda beş çəki üzrə ümumilikdə 173 idmançı çıxış edib. 85 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Fuad Quliyev bürünc medal qazanıb.