Sumqayıt güləşçisi İtaliyada uğurla çıxış edib. Sumqayıt24 bu haqda 1 avqust tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Paytaxt Roma şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya birinciliyində (U-17) çıxış edən Sumqayıt güləş məktəbinin yetirməsi Səid Xəlilov (48 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, onu yarışa Azərbaycan Respublikasının Əməkdar məşqçisi Sədi Quliyev hazırlayıb.