Sumqayıtlı güləşçi Respublika birinciliyinin fəxri kürsüsünə yüksəlib. Bu haqda bu gün, 14 iyun tarixində Olimpiya İdman Kompleksinə istinadən xəbər veririk.
Məlumata əsasən, 75 kq çəki dərəcəsində çıxış edən İlqar Nəzərli sərbəst güləş üzrə Respublika birinciliyində gümüş medal qazanıb.
Yarış Şağan Olimpiya İdman Kompleksində təşkil edilib. İdmançımız Sumqayıt Olimpiya İdman Kompleksinin yetirməsidir.