Sumqayıtlı qadın cüdoçusu Avropa Kubokunda uğur qazanıb.
Sumqayit24.az xəbər verir ki, cüdo üzrə böyüklər arasında təşkil olunan beynəlxalq turnir Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilib. Yarışda 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində birinci yeri tutub.