top
Hədəfimiz Azərbaycan kubokunun finalıdır - Sumqayıtın kapitanı
10 yanvar 2025, 22:16
- ↺ +

"Hədəfimiz Azərbaycan kubokunun finalıdır" - "Sumqayıt"ın kapitanı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sumqayıt” futbol klubunun müdafiəçisi Elvin Bədəlov QOL.az saytına müsahibə verib.

Futbolçu hazırlıq, yoldaşlıq oyunu və komandanın məqsədlərindən danışıb. Sual-cavabı təqdim edirik:

- Artıq bir neçə gündür məşqlərə başlamısınız. Hazırlıq necə keçir?

- Hər şey qaydasındadır. Gündə iki dəfə məşqə çıxırıq. Fiziki gücümüzü artırmaq üçün ağır məşqlər keçirik. Yoxlama oyununu da fiziki yüklənmənin təsiri altında keçirdik. Nələrsə alındı, nələrsə yox. Əsas odur ki, yanvarın 18-dək baş tutacaq çempionat oyununa hazır olaq.

- Yoxlama oyunundan danışmışkən, “Araz-Naxçıvan”la 2:2-lik bərabərliyi necə şərh edə bilərsiniz?

- Bu oyun barədə geniş fikir bildirmək istəməzdim. Hər hissədə fərqli heyətlərlə oynadıq. Meydanda gənclər də var idi. Əsas odur ki, indiki məqamda qaçmaq, tempi tutmaq, oyun praktikasını artırmaq bizim üçün vacibdir.

- Mövsümün ikinci yarısında “Sumqayıt”dan nə gözləmək olar?

- Əsas kuboku fikirləşirik. Çünki nəsə etmək üçün orada şansımız daha realdır. Bu təcrübəni yaşamışıq. İki dəfə final oynamışıq. İnanıram ki, bu dəfə də həlledici qarşılaşmaya yüksəlmək bizə qismət olacaq. Çempionatda da maksimum nəticə qazanmaq üçün sona qədər mübarizə aparacağıq.

- İndiki məqamda “Sumqayıt”ın potensialı dediyiniz hədəflərə çatmağa imkan verir?

- Hədəfimiz dördüncü yer və kubokun finalıdır. Bunun üçün komandanın potensialı var. Yeni transferlərimiz də olsa, nəsə etmək mümkündür.

- Son günlər əsas müzakirə mövzusu Premyer Liqada legioner limitinin ləğvidir. Bu barədə nə düşünürsünüz?

- Məncə, istənilən yerli oyunçudan soruşsanız, deyəcək ki, limit yığışdırılsa, pis olacaq. Qərarı verən biz deyilik. İndiki məqamda gözləmə mövqeyindəyik. Lakin hansı qərar qəbul edilməsindən asılı olmayaraq ona hörmətlə yanaşacağıq. Yəqin ki, hansısa qərar qəbul olunsa, bunun səbəbi də açıqlanar. Məncə, bu, yerli oyunçular üçün yaxşı deyil.

- Yaxşı deyil deyəndə yerli futbolçulara tələbatın azalmasını nəzərdə tutursunuz, yoxsa milli komandaya ziyanı olacağını düşünürsünüz?

- Tələbatın azalacağını düşünmürəm. Çünki yaxşı yerli futbolçularımız var. Gənclər, aşağıdan gələn uşaqlar üçün bir qədər çətin olacaq. Eləcə də bu, millimizə problem yarada bilər. Ona görə də nəsə düşünmək lazımdır. İndiki məqamda gözləyirik. Hansı qərarın qəbul olunacağı mənim üçün də maraqlıdır.

- Son zamanlar “Qarabağ”ın sizinlə maraqlandığı barədə xəbərlər yayılıb. Ağdam kubundan təklif almısınız?

- Xeyr, rəsmi təklif olmayıb. Bu, söz-söhbətdir. Nəsə olsaydı, bu barədə danışardım. Amma dediyim kimi, rəsmi heç nə yoxdur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Bütün xəbərlər
Bu gün, 18:00

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 17:20

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi - YENİ ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 16:54

Babək küçəsində iki maşın toqquşub

Bütün xəbərlər
Bu gün, 16:40

"Gold Qayalı"nın əməkdaşları 105 min manatlıq siqaret oğurladılar

Bütün xəbərlər
Bu gün, 16:06

İstilik mövsümü bu tarixdə başlayacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Pis qoxu, həşəratlar, çirkab sulara qərq olmuş zirzəmi

Bütün xəbərlər
Bu gün, 15:10

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanıb

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Oxşar xəbərlər