“Sumqayıt” futbol klubunun məşqçisi cəzalandırılıb.
Sumqayit24.az xəbər verir ki, AFFA İntizam Komitəsi Gənclər Liqasında keçirilən bir oyunla bağlı qərarlarını açıqlayıb. Qərara əsasən “Zirə” ilə görüşdə hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlədən “Sumqayıt”ın baş məşqçisi Kənan Hacıyev 5 oyun cəza alıb.
“Zirə”nin futbolçusu Hüseyn Ağaverdiyev isə qələbəni “Sumqayıt”ın texniki zonasının qarşısında qeyd etdiyinə görə 2-si şərti olmaqla 3 oyunluq diskvalifikasiya olunub. Sınaq müddəti 3 ay təyin edilib.