Sumqayıtda uşaqlar arasında şahmat üzrə birincilik təşkil olunacaq. Bu haqda 24 aprel tarixində Sumqayıt24 Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Yarış "Heydər Əliyev İli"nə həsr olunub. İdman tədbiri 29 aprel saat 9:30-da 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutacaq.