Sumqayıt idmançıları Sumo üzrə Azərbaycan çempionatında müvəffəqiyyətlə çıxış ediblər. Bu barədə 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Yeniyetmələr və böyüklər arasında təşkil olunan çempionatda Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri - Yasəmən Məcidli (50 kq üzrə) və Firuzə Məcidova (65 kq üzrə) 1-ci yerlərə layiq görülüblər.
Yarış 28-29 dekabr tarixlərində baş tutub.